Cəmiyyət
ADSEA Lökbatanda qazdığı yolu niyə asfaltlamır? - Sakinlərdən narazılıq - VİDEO
Lökbatan qəsəbəsindəki yollardan biri qazılandan sonra asfalt örtüyü bərpa edilməyib. Bu barədə Oxu.Az-a qəsəbə sakinləri məlumat veriblər. Qeyd olunub ki, sözügedən problem 139 nömrəli tam orta məktəbin yaxınlığında, Nizami küçəsindədir. Videonu çəkən şəxs iddia edir ki, ərazidə təmir işləri aparılıb, lakin yekunda yol əvvəlki vəziyyətinə qaytarılmayıb: "ADSEA burada təmir işləri görüb, yolu qazıb. Təmir yekunlaşıb, bəs asfalt niyə bərpa olunmur? Məktəbin qarşısı da daxil ərazi bərbad durumdadır".
ADSEA-nın tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan ərazidə su xəttində baş vermiş qəza ilə əlaqədar təmir-bərpa işləri həyata keçirilib: "İşlər başa çatdırıldıqdan sonra qazıntı sahəsi ilkin qaydada doldurularaq torpaq qatının təbii oturması üçün saxlanılıb. Hazırda asfalt örtüyünün bərpası ilə bağlı aidiyyəti quruma müraciət edilib". Qurumun məlumatına görə, yaxın günlərdə ərazidə asfalt örtüyü bərpa olunacaq.

Mənbə
oxu.az