Cəmiyyət

Atəş açmasaydı, əsgəri Azərbaycana qaytaracaqdıq

08 Oct 2026, 14:07 4 baxış
Atəş açmasaydı, əsgəri Azərbaycana qaytaracaqdıq

Əgər Azərbaycan əsgəri atəş açmasaydı, biz onu həmin gün geri qaytarardıq.


Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.


“Əsgər atəş açıb, vətəndaşa zərər yetirib, insanların evinə daxil olub. Bunların heç biri baş verməsəydi, biz həmin gün əsgəri Azərbaycana qaytarardıq. Amma indi bu, artıq problemdir”, - o bildirib.


Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Nəsimi Musayevin sərhədi keçdiyi və Ermənistanda saxlanılması barədə məlumat 1 oktyabrda yayılıb. 2 oktyabrda isə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. N.Musayevin 26 sentyabrdan hərbi hissəni özbaşına tərk etdiyi iddia olunur.

Mənbə axar.az

Oxşar Xəbərlər