Cənubi Koreya Ukraynadan səfirini geri çağırdı
Cənubi Koreya diplomatik qalmaqaldan sonra Ukraynadakı səfirini geri çağırmaq qərarına gəlib.
Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
“Hökumət səfiri Ukraynadan geri çağırmaq qərarına gəlib. Seul iki ölkə arasında həll olunmamış məsələlərin tezliklə həllini gözləyir və bu məsələ ilə bağlı Ukrayna tərəfi ilə məsləhətləşmələri davam etdirəcək”, - məlumatda deyilib.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski BMT Baş Assambleyasındakı çıxışı zamanı Kiyevin ötən il Kurskda əsir götürdüyü iki Şimali Koreya hərbçisini Cənubi Koreyaya təhvil verdiyini bildirmişdi. Bundan sonra Seul əsirlərin təhvil verilməsi ilə bağlı məlumatların məxfi saxlanılmalı olduğunu vurğulayaraq Zelenskini tənqid etmişdi.