Mədəniyyət

Aydın Əzim: "Polad Bülbüloğlu ilə tapança alıb Qara Qarayevi aeroportda qarşılamağa getmişdik"

08 Oct 2026, 14:44 3 baxış
Aydın Əzim: "Polad Bülbüloğlu ilə tapança alıb Qara Qarayevi aeroportda qarşılamağa getmişdik"
"Qara Qarayev Amerikadan gələndə Polad Bülbüloğlu ilə tapança alıb onu aeroportda qarşılamağa getmişdik". Oxu.Az xəbər verir ki, bu sözləri APA-ya müsahibəsi zamanı Əməkdar incəsənət xadimi, bəstəkar Aydın Əzim Kərimoğlu deyib. "Polad üçüncü kursda oxuyanda mən birinci kursda oxuyurdum. Qara müəllim Amerikaya getmişdi. Bilmirəm, başımız işləmirdi, yoxsa çox cavan idik, hər nədirsə, getdik "Dinamo" mağazasına, oradan hərəyə bir dənə start tapançası aldıq. Dedik, hamımıza alaq, gedək müəllimimizi (əlini yuxarı qaldırıb tapança edir, gülümsəyərək) part-part. Amerikadan gəlib kişi. Aeroportda adam elə şey edər? Aləm dəydi bir-birinə. Milis gəldi. Yaxşı ki, Qara müəllim araya girdi. Amma sonra bizi danlamışdı ki, belə şey olar? Nə isə, onu belə qarşıladıq. Aeroporta bir yerdə getmişdik, elə Poladın maşınında... Mən, Lyonya Vaynşteyn".
Mənbə oxu.az

Oxşar Xəbərlər