İdman

Hidayət Heydərov dünya çempionatından əvvəl çəki dərəcəsini dəyişdi

16 Jul 2026, 12:50 2 baxış
Hidayət Heydərov dünya çempionatından əvvəl çəki dərəcəsini dəyişdi
"Hidayət Heydərov oktyabrda Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatında 73 kiloqram çəki dərəcəsində tatamiyə çıxacaq". Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli dünya çempionatına hazırlıqla bağlı keçirilən mətbuat konfransında açıqlayıb. Onun sözlərinə görə, yığmanın heyəti hələ tam dəqiqləşməyib: "Elcan Hacıyevin yarışda iştirakı hələlik sual altındadır. O, əməliyyatdan sonra hazırda Yaponiyada təlim-məşq toplanışındadır. Komandanın yekun heyəti daha sonra açıqlanacaq". Xatırladaq ki, Hidayət Heydərov son olaraq Çinin Sindao şəhərində keçirilən Qran-pridə 81 kiloqram çəki dərəcəsində qüvvəsini sınayıb və bürünc medal qazanıb. Qeyd edək ki, cüdo üzrə dünya çempionatı oktyabrın 4-11-də Bakıda, Milli Gimnastika Arenasında təşkil olunacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər