İdman

DÇ-2026: Cud Bellinqemi üç oyunluq diskvalifikasiya təhlükəsi gözləyir - VİDEO

16 Jul 2026, 12:58 2 baxış
DÇ-2026: Cud Bellinqemi üç oyunluq diskvalifikasiya təhlükəsi gözləyir - VİDEO
İngiltərə yığmasının yarımmüdafiəçisi Cud Bellinqem DÇ-2026-nın yarımfinalında Argentinaya qarşı keçirilən matçda (1:2) yol verdiyi hərəkətinə görə diskvalifikasiya ilə üzləşə bilər. Oxu.Az xəbər verir ki, bu barədə "talkSPORT" məlumat yayıb.

Oyun başa çatdıqdan sonra Bellinqem komanda yoldaşları ilə qələbəni qeyd edən Valentin Barkoya arxadan yaxınlaşaraq onun başına şillə vurub. Argentinalı futbolçu isə buna cavab olaraq ingiltərəli futbolçunu sinəsindən itələyib. Qeyri-oyun epizodunda baş verən bu hadisə matçın baş hakiminin diqqətindən kənarda qalsa da, televiziya kameralarının obyektivinə düşüb. İndi FIFA-nın İntizam Komitəsi bu insidentə baxa bilər. Qaydalara əsasən, əgər hakimlər qayda pozuntusunu görməyiblərsə, komitə videotəkrarlar əsasında cəza tətbiq etmək hüququna malikdir. Baş verən insidentə görə Bellinqemin minimum üçoyunluq diskvalifikasiya olunacağı və pul cəzasına məruz qalacağı gözlənilir. İttihamlar təsdiqini taparsa, yarımmüdafiəçi təkcə qarşıdan gələn üçüncü yer uğrunda matçı deyil, həm də növbəti beynəlxalq sikldə yığmanın ilk rəsmi oyunlarını buraxacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər