İdman
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gözlənilir
27 iyul - 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb. Oxu.Az xəbər verir ki, bu barədə Güləş Federasiyası məlumat yayıb. Bildirilib ki, Dünya Güləş Birliyi (UWW) tərəfindən təsdiqlənmiş yekun iştirakçı siyahısına əsasən, Milli Gimnastika Arenasında təşkil ediləcək mötəbər yarışda 663 idmançı, 272 məşqçi, 64 beynəlxalq hakim iş başında olacaq. Ümumilikdə 1 100-dən artıq qonaq dünya çempionatı ilə bağlı ölkəmizə təşrif buyuracaq. Bu dünya çempionatı iştirakçı idmançıların sayına görə son 13 ilin, təmsil olunan ölkələrin sayına görə isə son səkkiz ilin ən yüksək göstəricisi ilə yadda qalacaq. Bir həftə davam edəcək dünya çempionatında gələcəyin ulduzları sərbəst, yunan-Roma və qadın güləşi üzrə qələbə uğrunda mübarizə aparacaqlar. Yarışın yüksək təşkilatçılıq səviyyəsində keçirilməsi üçün Azərbaycan Güləş Federasiyası tərəfindən bütün zəruri hazırlıq işləri həyata keçirilir.
Mənbə
oxu.az
Oxşar Xəbərlər