Digər

Aparıcı çəkisinə görə səhhətində problemlər yaşayır - Video

16 Jul 2026, 11:35 2 baxış
Aparıcı çəkisinə görə səhhətində problemlər yaşayır - Video

Aparıcı Aytən Səfərova artıq çəkisi ilə bağlı səhhətində problemlər yaşadığını açıqlayıb.


Kult.az xəbər verir ki, aparıcı son günlər görünüşü bağlı ünvanına yazılan mənfi şərhlərə münasibət bildirib:


"Çox adam paylaşdığım videoda yazır ki, "Ay, bu nə boydadır?". Bəli, o boyda olmasam, mən niyə arıqlamağa çalışım ki? İnsan çalışır həmişə qəşəng geyinsin, ört-basdır etsin. Amma bu, sağlamlığa toxunanda artıq sən anlayırsan. 100 metr gedən kimi təngnəfəslik başlayır. Əvvəl 5 mərtəbəni qalxırdım, 4-cü mərtəbədə təngnəfəs olurdum. Amma indi buna 1 mərtəbə qalxmaq da bəs edir. Ürəyimdə də bunu hiss edirəm. Ay effekt, gözəllik... Bax, Aytən Səfərova, bu budur. Ən yaxşısı sağlamlıqdır".

Mənbə axar.az

Oxşar Xəbərlər