Digər
Azərbaycan və Serbiya generalları görüşdülər - FOTO
Bakıda Azərbaycan və Serbiya arasında hərbi əməkdaşlıq sahəsində Yüksəksəviyyəli Birgə İşçi Qrupunun iclası keçirilib. Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Nazirliyin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi general-mayor Fərid Əliyevin və Serbiyanın Müdafiə Texnologiyaları İdarəsinin rəisi general-mayor Slavko Rakicin rəhbərlik etdikləri nümayəndə heyətləri görüşüb. İclasın növbəti mərhələsində müxtəlif xidmət sahələrini təmsil edən altqruplarda "Rəqəmsal ordu", süni intellekt, kibertəhlükəsizlik, hava hücumundan müdafiə və insansız sistemlər sahələrində, həmçinin birgə təlim və məşqlərin təşkilinə dair müzakirələr aparılıb. Tərəflər həmçinin hərbi və hərbi-texniki əlaqələrin cari vəziyyətini təhlil ediblər, əməkdaşlığın genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparıblar.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az