Cəmiyyət

Müğənni 162 nömrəli marşrut avtobusundan şikayətləndi: "Nəfəs almaq olmur" - FOTO - VİDEO

16 Jul 2026, 10:26 1 baxış
Müğənni 162 nömrəli marşrut avtobusundan şikayətləndi: "Nəfəs almaq olmur" - FOTO - VİDEO
Müğənni Anara Məmmədova Ramana - Sovxoz - "Koroğlu" metro stansiyası istiqamətində hərəkət edən 162 nömrəli marşrut avtobuslarında kondisionerlərin işləmədiyini iddia edərək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edib. Oxu.Az xəbər verir ki, sənətçi bununla bağlı sosial şəbəkə hesabında video paylaşaraq narazılığını ifadə edib.

Anara Məmmədovanın sözlərinə görə, avtobuslar yenilənsə də, artıq iki-üç həftədir ki, xəttə buraxılan nəqliyyat vasitələrinin kondisionerləri işləmir: "Sizin "141" qaynar xəttinizə zəng etməkdən, şikayət bildirməkdən yorulmuşam. 162 nömrəli marşrut avtobuslarında kondisionerlər işləmir. İsti hava şəraitində avtobus salonunda nəfəs almaq çətinləşir və sürücülər də eyni problemlə üzləşirlər. Avtobusun içində nəfəs almaq olmur. Sürücülər də deyirlər ki, "Biz nə edək? Bizə icazə vermirlər, kondisionerlər işləmir".
Anara Məmmədova daha bir iddia səsləndirərək bildirib ki, bəzi hallarda sürücülər istiyə görə avtobusun qapılarını açıq vəziyyətdə idarə etməyə məcbur qalırlar. Paylaşılan videoda avtobus hərəkətdə olarkən ön qapının açıq olduğu, salon pəncərələrinin açıldığı görünür. Müğənni AYNA-ya müraciət edərək problemin aradan qaldırılmasını istəyib: "Kimə deyək bu şikayətimizi? Artıq zəng etməkdən də, şikayət etməkdən də yorulmuşam". Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, daşıyıcıya nizamlı fəaliyyətin təmin edilməsi ilə bağlı xəbərdarlıq edilib: "Hər il yay mövsümü başlamazdan əvvəl müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara rəsmi qaydada xəbərdarlıq məktubu göndərilir. Havanın temperaturundan asılı olaraq avtobuslarda sərnişinlərin rahatlığı üçün sərinləndirmə sistemlərinin işlək vəziyyətə gətirilməsi tapşırığı verilir. Bununla bağlı məsələ tərəfimizdən diqqətdə saxlanılır. Kondisionerlə təchiz edilmiş avtobuslarda soyutma sisteminin işlək vəziyyətdə olması müşahidə edilir. Lakin hər hansı avtobusun kondisioner sistemində texniki nasazlıq yarana bilir. Belə olan halda nasazlığın tez bir zamanda aradan qaldırılması ilə bağlı tədbir görülməsi barədə daşıyıcıya xəbərdarlıq edilir".
Müğənni 162 nömrəli marşrut avtobusundan şikayətləndi: "Nəfəs almaq olmur" - FOTO - VİDEO Müğənni 162 nömrəli marşrut avtobusundan şikayətləndi: "Nəfəs almaq olmur" - FOTO - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər