Cəmiyyət

Zərdabda avtomobil ağaca çırpıldı: Üç nəfər xəsarət aldı

16 Jul 2026, 10:52 1 baxış
Zərdabda avtomobil ağaca çırpıldı: Üç nəfər xəsarət aldı
Zərdab rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə iyulun 15-i saat 23 radələrində Zərdab şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, şəhər sakini, 1982-ci il təvəllüdlü Samir Hüseynli KIA markalı, 50-EC-874 dövlət qeydiyyat nişanlı avtomobilə idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi ağaca çırpılıb. Qəza nəticəsində sürücü Samir Hüseynli, eləcə də sərnişinlər - onun həmyerliləri, 2003-cü il təvəllüdlü Aydın Əhmədov və qardaşı, 2004-cü il təvəllüdlü Amil Əhmədov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Məlumata görə, yaralıların vəziyyəti qənaətbəxşdir. Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər