Digər

Malayziyadan İsrail vətəndaşları ilə bağlı sərt qərar

16 Jul 2026, 10:10 2 baxış
Malayziyadan İsrail vətəndaşları ilə bağlı sərt qərar

Malayziya hökuməti İsrail vətəndaşlarının Forest Siti şəhərində özəl yaşayış kompleksinin tikintisində iştirak etməsinə dair məlumatdan sonra onları ölkədən dərhal deportasiya edəcək.


Axar.az xəbər verir ki, bunu Malayziyanın Baş naziri Ənvər İbrahim deyib.


“Əgər hər hansı İsrail vətəndaşı aşkar etsək, onu dərhal deportasiya edəcəyik. Çünki biz İsraili tanımırıq”,– o bildirib.


Qeyd edək ki, İsrail pasportu olan şəxslər Malayziyaya icazəsiz daxil ola bilməzlər, çünki Malayziya İsrail ilə diplomatik əlaqələrə malik deyil.

Mənbə axar.az

Oxşar Xəbərlər