Cəmiyyət

Bakıda yanğın təhlükəli sexin fəaliyyəti dayandırıldı

16 Jul 2026, 10:24 21 baxış
Bakıda yanğın təhlükəli sexin fəaliyyəti dayandırıldı

Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, ev 5b ünvanında yerləşən istehsalat sexinin fəaliyyəti dayandırılıb.


Axar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.


Bildirilib ki, keçirilən yoxlama zamanı sözügedən obyektdə yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.


Həmin istehsalat sexinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.


Mənbə axar.az

Oxşar Xəbərlər