Cəmiyyət
5 aylıq hamilə qadın xəstəxanada antibiotikə görə öldü
Quba Rayon Mərkəzi Xəstəxanasında hamilə ölümü qeydə alınıb.
Axar.az APA-ya istinadla xəbər verir ki, 5 aylıq hamilə, rayonun İqrığ kənd sakini 2003-cü il təvəllüdlü S.Əmrahovanın antibiotik iynəsi vurulduqdan sonra vəziyyəti qəfil ağırlaşıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə
axar.az