Cəmiyyət
Daha doqquz ailənin yurd həsrəti bitdi: Şükürbəyli kəndinə növbəti köç oldu - FOTO
Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb. Oxu.Az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Bildirilib ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Şükürbəyli kəndinə 9 ailə - 52 nəfər köçürülüb.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az