Cəmiyyət

Gəmi kapitanının axtarışı davam etdirilir - XİN

16 Jul 2026, 08:31 18 baxış
Gəmi kapitanının axtarışı davam etdirilir - XİN

2026.07.15, 23:28


14 iyul tarixində Ukraynanın Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış Atlas Bey mülki ticarət gəmisinin heyətindəki 10 nəfər Azərbaycan vətəndaşı (Lətifova Gülana, Nəsrullayev Tofiq, Səmədov Səbuhi, İsmayılov İsmayıl, Əliyev Aydın, Rəhimov Cavid, Rəhimov Mehman, Axundov İsmayıl, Əliyev Qurban və Abasov Valeh) Moldovaya keçməklə Türkiyə üzərindən ölkəmizə yola salınıb.


Bu barədə Axar.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.


Qeyd olunub ki, gəmi kapitanının axtarışı istiqamətində səfirliyimiz tərəfindən Ukraynanın aidiyyəti qurumları ilə birgə müvafiq tədbirlər görülür.

Mənbə axar.az

Oxşar Xəbərlər