Cəmiyyət

"Qarabağ" cavab oyununa çıxır

16 Jul 2026, 09:35 2 baxış
"Qarabağ" cavab oyununa çıxır

"Qarabağ" UEFA Avropa Liqasında növbəti oyununa çıxacaq.


Axar.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv I təsnifat mərhələsinin cavab oyununda İslandiyanın "Vestri" komandasının qonağı olacaq.


Qarşılaşma iyulun 16-dan 17-nə keçən gecə Reykyavikdəki "Torfnesvöllur" stadionunda, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Görüşü çexiyalı FIFA referisi Marek Radina idarə edəcək.


Bakıdakı ilk matçda "köhlən atlar" 3 cavabsız qolla qalib gəlib.


Xatırladaq ki, "Qarabağ" "Vestri" səddini keçəcəyi halda növbəti raundda ÇSKA (Sofiya, Bolqarıstan) – "Derri Siti" (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər