Digər

Haluk Levent həbs olundu

16 Jul 2026, 09:42 2 baxış
Haluk Levent həbs olundu

Məşhur müğənni Haluk Levent rəhbəri olduğu “Ahbap” dərnəyi ilə bağlı istintaq çərçivəsində həbs olunub.


Kult.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.


Məlumata görə, Leventlə birlikdə saxlanılan vəkil Ece Güner də daxil olmaqla, 14 nəfər məhkəmə tərəfindən həbs edilib.


Qeyd edək ki, 6 fevral zəlzələlərindən sonra həyata keçirdiyi yardım fəaliyyətləri və topladığı ianələrlə ictimaiyyətin diqqət mərkəzinə düşən “Ahbap” dərnəyinin qurucusu Haluk Levent haqqında ianələrin istifadəsi, bəzi pul köçürmələri və dərnəklə əlaqəli maliyyə əməliyyatları ilə bağlı müxtəlif iddialar irəli sürülüb.


O, "dərnəklər qanununu pozmaq", "çirkli pulların yuyulması" və “təşkilata üzvlük”də ittiham olunur.

Mənbə axar.az

Oxşar Xəbərlər