Digər
Türkiyədə iki məşhur müğənni saxlanıldı
Məşhur müğənnilər Sıla Gəncoğlu və İlyas Yalçıntaş saxlanılıb.
Kult.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, Bakırköy Respublika Prokurorluğu sənətçilər, aktyorlar, iş adamları və sahibkarlar da daxil olmaqla, 25 şübhəlini hədəf alan narkotik əməliyyatının başladığını açıqlayıb.
“Narkotik istifadəsinə kömək etmək və narkotik istifadəsi üçün yer təmin etmək” ittihamlarını da əhatə edən istintaq çərçivəsində məşhur müğənni İlyas Yalçıntaş, Sıla və prodüser Fatih Aksoy saxlanılıb.
Mənbə
axar.az