Çin avtomobil ixracında rekord qırdı
Çin ilk dəfə bir ay ərzində 1 milyondan çox avtomobil ixrac edib.
Axar.az xəbər verir ki, bu barədə “Quardian” məlumat yayıb.
Məlumata görə, iyun ayında Çindən avtomobil ixracı tarixdə ilk dəfə 1 milyon ədədi ötüb:
“Dünyanın ikinci ən böyük iqtisadiyyatının xarici bazarlara avtomobil tədarükü ümumilikdə 27% artıb. Gözləniləndən yüksək ticarət göstəriciləri Çinə ABŞ Prezidenti Donald Trampın başladığı tarif müharibəsinə baxmayaraq ötən il qeydə alınan 1 trilyon dollarlıq rekord ticarət profisitinə yaxınlaşmağa, hətta bu rekordu üstələməyə imkan verir. BYD-dən “Jaecoo”ya qədər Çin avtomobil markalarının satışları sürətlə artır və xüsusilə Avropada uzun illərdir bazarda olan brendlərin bazar payını əllərindən alır”.