İdman
UEFA Konfrans Liqası: "Zirə" Gürcüstanda cavab matçına çıxır
UEFA Konfrans Liqasındakı təmsilçimiz "Zirə" bu gün növbəti oyununa çıxır. Oxu.Az xəbər verir ki, mübarizəyə 1-ci təsnifat mərhələsindən başlayan "Zirə" Gürcüstanda "Torpedo Kutaisi" komandasına qarşı cavab oyununa çıxacaq. Kutaisidəki Ramaz Şengeliya stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Qeyd edək ki, tərəflər arasında keçirilən ilk qarşılaşma təmsilçimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Mənbə
oxu.az