İdman
UEFA Avropa Liqası: "Qarabağ" İslandiyada növbəti sınağında
Bu gün təmsilçimiz "Qarabağ" avrokuboklarda növbəti oyununa çıxır. Oxu.Az xəbər verir ki, Ağdam təmsilçisi UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab matçında İslandiyanın "Vestri" komandası ilə qarşılaşacaq. Reykyavikdə yerləşən "Valbyarnarvöllur" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Qeyd edək ki, tərəflər arasında keçirilən ilk qarşılaşma təmsilçimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Xatırladaq ki, cütün qalibi UEFA Avropa Liqasının II təsnifat mərhələsində MOİK (Sofiya, Bolqarıstan) - "Derri" (İrlandiya) duelinin güclüsü ilə qarşılaşacaq.
Mənbə
oxu.az