Cəmiyyət

Sürücülərin narazılığına səbəb olan yolda təmir işləri başladı - VİDEO

16 Jul 2026, 01:12 1 baxış
Sürücülərin narazılığına səbəb olan yolda təmir işləri başladı - VİDEO
Abşeron rayonunda Xırdalan dairəsi istiqamətinə gedən yolda kanalizasiya xəttində yaranan problemlər uzun müddətdir sakinlərin və sürücülərin narazılığına səbəb olurdu. Axan çirkab suları yolun asfalt örtüyünü yuyaraq dərin çuxurların əmələ gəlməsinə və xoşagəlməz qoxunun yayılmasına yol açmışdı. Hazırda isə ərazidə təmir-bərpa işlərinə start verilib. Oxu.Az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.

Belə ki, sıradan çıxmış kanalizasiya sistemi yenilənir və yolun dağılmış hissələri bərpa olunur. Məlumata görə, təmir işləri yekunlaşdıqdan sonra sürücülərin bu istiqamətdə təhlükəsiz və rahat hərəkəti təmin ediləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər