Cəmiyyət

Bərdədə canavarların kəndə hücumları ciddi təşviş yaradıb - VİDEO

16 Jul 2026, 02:00 2 baxış
Bərdədə canavarların kəndə hücumları ciddi təşviş yaradıb - VİDEO
Bərdə rayonunun Yerli Ağalı kəndində canavarların yaşayış məntəqəsinə hücumu sakinlər arasında ciddi təşviş yaradıb. Baku TV-nin qaynar xəttinə müraciət edən kənd sakinləri təhlükəli vəziyyətlə üz-üzə qaldıqlarını bildiriblər.

Onların sözlərinə görə, canavarlar həm örüş sahələrinə, həm də kəndin özünə tez-tez hücum edirlər. Bu vəziyyət əhali üçün ciddi narahatlıq mənbəyinə çevrilib. Sakinlər qorxudan heyvanlarını otarmağa və ya tövlədən çölə çıxarmağa cəsarət etmədiklərini vurğulayıblar. Həmçinin, uşaqların təhlükəsizliyi ilə bağlı da ciddi problemlər yaşanır. Çobanlar qeyd edirlər ki, canavarların qorxusundan nə heyvanları suvarmağa, nə də uşaqları kəndin mərkəzinə göndərməyə imkanları var. Yerli sakinlər aidiyyəti qurumlardan və əlaqədar təşkilatlardan problemin həlli üçün təcili tədbir görülməsini xahiş edirlər.
Mənbə oxu.az

Oxşar Xəbərlər