Cəmiyyət

İlahiyyatçı Atif İsmayılov: "İnsan başqalarına xidmət üçün yaradılıb" - VİDEO

16 Jul 2026, 00:24 2 baxış
İlahiyyatçı Atif İsmayılov: "İnsan başqalarına xidmət üçün yaradılıb" - VİDEO
Baku TV-nin "Amin" verilişinin yeni buraxılışında ilahiyyatçı Atif İsmayılovla məhərrəm ayının mahiyyəti mövzusu müzakirə olunub.

Onun sözlərinə görə, yaradılışın təməlində insanlara təmənnasız xidmət etmək missiyası dayanır: "İnsan başqalarına xidmət üçün yaradılıb. Peşəsindən asılı olmayaraq hər kəs cəmiyyətə xidmət edir. Əsl xidmət qarşılıq gözləmədən, sidqi-ürəklə ediləndir. Müasir dövrdə isə adamların hər addımda qazanc güdməsi insanlığın mənəvi aşınmasıdır". İlahiyyatçı, həmçinin dində kor-koranə təqlidçiliyin fəsadlarına toxunub: "Təəssüf ki, İslam ümməti dini etiqadda kor-koranə təqlidə yönəldiyi üçün "Quran"dan uzaq düşüb. Halbuki "Quran" inanc məsələlərində təqlidi qadağan edir. Əgər müsəlmanlar öz inanclarının təməli olan "Qurani-Kərim"ə istinad etməsələr, cəhalət hakim düşüncəyə çevrilər. Belə olduqda isə insanlar öz nəfsi istəklərinə uyğun olaraq həmin cəhalətə bəraət qazandıracaq dəlillər axtararlar. Halbuki "Qurani-Kərim" bəşəriyyəti nura və həqiqətə dəvət edən bir kitabdır".
Mənbə oxu.az

Oxşar Xəbərlər