Cəmiyyət

Sürücülərin NƏZƏRİNƏ: Bakının beş küçəsində təmir işləri başlayır

16 Jul 2026, 00:36 2 baxış
Sürücülərin NƏZƏRİNƏ: Bakının beş küçəsində təmir işləri başlayır
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması məqsədilə bir neçə küçədə təmir işlərinə başlanılır. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Məlumata görə, təmir işlərinin gedişatına uyğun olaraq, aşağıdakı tarixlərdə adıçəkilən küçələrdə nəqliyyat vasitələrinin hərəkəti qismən və ya tam məhdudlaşdırılacaq: 16 iyul tarixindən etibarən: - Nəsimi rayonunun Ağadadaş Qurbanov küçəsi, - Yasamal rayonunun Şeyx Məhəmməd Xiyabani küçəsi, - Nizami rayonunun Əliağa Kürçaylı küçəsi. 17 iyul tarixindən etibarən: - Nizami rayonunun Cəmşid Naxçıvanski küçəsi (8-ci mikrorayon bazarının sağ və sol tərəfləri), - Yasamal rayonunun Ayna Sultanova küçəsi. AAYDA sürücülərə aparılan işlərə anlayışla yanaşmağı, səfərlərini əvvəlcədən planlaşdırmağı və hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etməyi tövsiyə edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər