İdman

Qurban Qurbanov: "Vestri"ni artıq daha yaxından tanıyırıq"

16 Jul 2026, 00:48 2 baxış
Qurban Qurbanov: "Vestri"ni artıq daha yaxından tanıyırıq"
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində İslandiyanın "Vestri" komandasına qarşı keçirəcəkləri cavab oyunu ilə bağlı açıqlama verib. Oxu.Az xəbər verir ki, təcrübəli mütəxəssis klubun mətbuat xidmətinə müsahibəsində rəqibi artıq daha yaxından tanıdıqlarını və görüşə ciddi hazırlıq gördüklərini qeyd edib: "Komandamız oyuna tam hazırdır. Rəqibi artıq daha yaxından tanıyırıq. Oyunu təhlil etmişik. Baxmayaraq ki, uzun yol qət etmişik, inanıram ki, futbolçularımız matça qədər özlərini tam hazır hiss edəcəklər. Hava soyuq olsa da, futbol üçün əlverişlidir. Heyətdə müəyyən dəyişiklik ola bilər". Xatırladaq ki, Bakıda baş tutan ilk matçda "Qarabağ" rəqibini 3:0 hesabı ilə məğlub edərək növbəti mərhələ üçün böyük üstünlük qazanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər