Cəmiyyət

MİQ imtahanında texniki problem: Namizədlər üçün yeni tarix müəyyən edildi

16 Jul 2026, 00:54 2 baxış
MİQ imtahanında texniki problem: Namizədlər üçün yeni tarix müəyyən edildi
Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsinin ikinci günü yekunlaşıb. Oxu.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb. Bildirilib ki, Balakən şəhər İmadəddin Nəsimi adına 2 nömrəli tam orta məktəbdə internet şəbəkəsində yaşanan texniki nasazlıq səbəbindən 41 namizəd imtahanı davam etdirə bilməyib. "Yarandığı andan etibarən texniki nasazlıq operativ şəkildə araşdırılıb, növbəti günlərdə təşkil ediləcək imtahanların fasiləsizliyi təmin edilib. Qeyd edək ki, sözügedən namizədlər üçün imtahan prosesi iyulun 18-də təşkil olunacaq. İmtahanın yenidən təşkilinə dair müvafiq bildiriş namizədlərin şəxsi səhifələrinə göndəriləcək", - deyə məlumatda əlavə edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər