Cəmiyyət

"ASAN xidmət" vətəndaşların rahatlığı üçün hansı işləri görür? - VİDEO

15 Jul 2026, 22:16 1 baxış
"ASAN xidmət" vətəndaşların rahatlığı üçün hansı işləri görür? - VİDEO
"ASAN xidmət" təkcə dövlət xidmətlərinin deyil, həm də bank, sığorta və tərcümə kimi özəl xidmətlərin vahid platformada cəmləşdiyi dövlət-özəl tərəfdaşlıq modelidir". Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Baku TV və "Teleqraf" agentliyinə müsahibəsində deyib. * Dünyada 700 milyona yaxın şəxs " ASAN xidmət" modelindən faydalanır" - AÇIQLAMA - VİDEO * Ülvi Mehdiyevdən regionlarla bağlı vacib açıqlama: Hansı ərazilərdə "ASAN xidmət" açılacaq? - VİDEO * Ülvi Mehdiyev: "ASAN xidmət mərkəzlərinin sayı ölkə əhalisi üçün kifayətdir" - VİDEO

Agentlik sədrinin sözlərinə görə, vətəndaşların eyni məkanda bir neçə problemini həll edə bilməsi məmnunluğu artıran əsas amillərdən biridir və sadalanan yardımçı xidmətlər "ASAN xidmət"in yaradılması haqqında fərmanda öz əksini tapıb. "Növbəti 5 il ərzində xidmətlərin sayının artırılması, proseslərin avtomatlaşdırılması və rəqəmsallaşdırılması prioritet hədəflər sırasındadır. Xüsusilə, süni intellekt həllərinin tətbiqi vasitəsilə vətəndaşlara daha operativ xidmət göstərilməsi nəzərdə tutulur. Agentlik sədri, həmçinin 99%-dən çox olan vətəndaş məmnunluğu səviyyəsinin qorunub saxlanılmasının böyük məsuliyyət olduğunu vurğulayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər