İdman
Oyuna yaxşı hazırlaşmışıq - Qurbanov
Komandamız oyuna tam hazırdır. Rəqibi artıq daha yaxından tanıyırıq.
Axar.az xəbər verir verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Vestri” ilə matçdan əvvəl klubun mətbuat xidmətinə açıqlamasında bildirib.
Q.Qurbanov cavab görüşünə yaxşı hazırlaşdıqlarını vurğulayıb:
“Oyunu təhlil etmişik. Baxmayaraq ki, uzun yol qət etmişik. Bununla belə, inanıram ki, futbolçularımız matça qədər özlərini tam hazır hiss edəcəklər. Hava soyuq olsa da, futbol üçün əlverişlidir. Heyətdə müəyyən dəyişiklik ola bilər".
Qeyd edək ki, "Qarabağ" "Vestri" kollektivini ilk matçda 3 cavabsız qolla məğlub edib. Cavab görüşü sabah 00.00-da start götürəcək.
Mənbə
axar.az