İdman
Fransanın tanınmış futbol klubu altıncı diviziona salındı
Fransanın məşhur futbol klublarından biri olan "Bordo" maliyyə problemlərinə görə daha bir ağır zərbə alıb. Oxu.Az xəbər verir ki, Fransanın Milli Nəzarət və İdarəetmə Direksiyası (DNCG) klubun apellyasiya müraciətini rədd edib və komandanın milli yarışlardan kənarlaşdırılması qərarını qüvvədə saxlayıb. Nəticədə "Bordo" növbəti mövsümdə Fransanın altıncı divizionunda çıxış edəcək. Məlumata görə, klub rəhbərliyi 2026/27 mövsümünə büdcənin təsdiqlənməsi üçün tələb olunan maliyyə təminatlarını təqdim edə bilməyib. Apellyasiya iclasında klubun prezidenti və sahibi Jerar Lopes, baş direktor Arno Sen-Andre və digər nümayəndələr təxminən 9-10 milyon avro məbləğində vəsaitin mövcudluğunu təsdiqləyə bilməyiblər. Bu məbləğ həm əvvəlki mövsümün borclarını bağlamaq, həm də yeni mövsümü maliyyələşdirmək üçün tələb olunurdu. Qeyd edək ki, "Bordo" son iki mövsümü Fransanın futbol sistemində dördüncü səviyyəli divizionda keçirib. Klub 2024-cü ildə də maliyyə problemlərinə görə aşağı liqaya salınmışdı. "Bordo" Fransanın ən uğurlu klublarından biri hesba olunur. Klub 6 dəfə Fransa çempionu olub, 4 dəfə Fransa Kubokunu qazanıb.
Mənbə
oxu.az
Oxşar Xəbərlər