İdman

Bakı dünya çempionatına ev sahibliyi edəcək: Güləşçilərimiz hazırlıqları yekunlaşdırırlar

15 Jul 2026, 19:48 1 baxış
Bakı dünya çempionatına ev sahibliyi edəcək: Güləşçilərimiz hazırlıqları yekunlaşdırırlar
Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatına hazırlıqlarını davam etdirən yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət milli komandamız təlim-məşq toplanışlarını yekunlaşdırmaq üzrədir. Oxu.Az xəbər verir ki, 27 iyul-2 avqust tarixlərində baş tutacaq mötəbər yarış ərəfəsində yığmanın böyük məşqçisi Rafiq Hüseynov hazırlıq prosesini yüksək qiymətləndirib.
{{gallery}} Məşqçi bildirib ki, komanda uzun və sistemli hazırlıq mərhələsi keçib: "Ölkə çempionatından sonra hazırlıqlara Şamaxıda başladıq, daha sonra isə Özbəkistanın Buxara şəhərində təlim-məşq toplanışında olduq. Buxaradakı hazırlıq dövründə Türkiyədə keçirilən "Zəfər kuboku" üçün seçimlər etdik və nəticə göstərən güləşçilərimizi Avropa çempionatının heyətinə daxil etdik. Hazırda qitə birinciliyindən sonrakı üçüncü, ümumilikdə isə dünya çempionatına qədər olan 10-cu toplanışımızı keçirik". Rafiq Hüseynov komandadakı cari vəziyyətdən razı olduğunu qeyd edib: "Son hazırlıq prosesi komandanın tam formaya düşməsinə xidmət edir. Hazırda idmançılarımız optimal formadadırlar və kiçik zədələr ciddi narahatlıq yaratmır. Azərbaycan Güləş Federasiyası tərəfindən bütün tələblərimiz yüksək səviyyədə təmin olunub və bizə göstərilən dəstəyə görə təşəkkür edirik".
Bakı dünya çempionatına ev sahibliyi edəcək: Güləşçilərimiz hazırlıqları yekunlaşdırırlar
Mənbə oxu.az

Oxşar Xəbərlər