İdman
FTB və FIFA İngiltərə - Argentina görüşünü yüksək risk qrupuna aid etdi
İngiltərə və Argentina yığmaları arasında keçiriləcək dünya çempionatının (DÇ-2026) yarımfinal oyunu ABŞ-nin Federal Təhqiqatlar Bürosu (FTB) və Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) tərəfindən yüksək risk qrupuna aid edilib. Oxu.Az xəbər verir ki, bu barədə "Mirror" qəzeti məlumat yayıb. Bildirilir ki, arena daxilində azarkeşlərin sektorlara görə ayrılması nəzərdə tutulmasa da, stadionda hər iki komandanın fanatları üçün fərqli giriş qapıları təşkil olunacaq. Qeyd edək ki, bu gün Atlantada baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Qalib komanda iyulun 19-da İst-Raterford şəhərində (ABŞ, Nyu-Cersi ştatı) İspaniya millisi ilə finalda qarşılaşacaq.
Mənbə
oxu.az
Oxşar Xəbərlər