Kriminal

Cəzası bağışlanan keçmiş məhkum yenidən həbs edildi

15 Jul 2026, 15:46 3 baxış
Cəzası bağışlanan keçmiş məhkum yenidən həbs edildi
Qubada cəzasının çəkilməmiş hissəsi bağışlanan keçmiş məhkum yenidən həbs edilib. Oxu.Az-ın məlumatına görə, Quba rayon sakini 2001-ci il təvəllüdlü Aqil Əhmədov (adı və soyadı şərtidir) 2025-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanılıb və məhkəmə qərarı ilə bir il azadlıqdan məhrum edilib. Bir neçə ay sonra o, "Konstitusiya və Suverenlik İli" münasibətilə elan edilən amnistiya aktı ilə cəzasının çəkilməmiş hissəsindən azad edilib. Cəzadan azad edilən şəxs bir müddət əvvəl Quba Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Üzərinə baxış keçirilərkən ondan "Makarov" tipli tapança aşkarlanıb. Faktla bağlı yenidən cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə o, iki il müddətinə azadlıqdan məhrum edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər