İdman

Didye Deşam rekordçu oldu

15 Jul 2026, 01:48 3 baxış
Didye Deşam rekordçu oldu
Fransa milli komandasının baş məşqçisi Didye Deşam dünya çempionatlarında milli komandanın sükanı arxasında keçirdiyi oyunların sayına görə təkbaşına rekordçu olub. Oxu.Az Sport24.ru-ya istinadən xəbər verir ki, DÇ-2026-nın İspaniyaya qarşı yarımfinal qarşılaşması 57 yaşlı mütəxəssis üçün dünya çempionatlarında baş məşqçi qismində 26-cı oyun olub. Bu göstərici ilə Deşam hesabında 25 oyun olan Almaniya Federativ Respublikasının (AFR) sabiq baş məşqçisi Helmut Şönü geridə qoyub. Qeyd edək ki, 2012-ci ildən Fransa millisinə rəhbərlik edən Didye Deşam komandanı 2018-ci il dünya çempionatında qələbəyə çatdırıb, həmçinin 2022-ci il turnirinin finalına çıxarıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər