İdman
Tilemans "Mançester Yunayted"ə keçdi
"Aston Villa"nın və Belçika millisinin yarımmüdafiəçisi Yuri Tilemans karyerasını "Mançester Yunayted"də davam etdirəcək. Oxu.Az "qırmızı şeytanlar"ın rəsmi saytına istinadən xəbər verir ki, tərəflər arasında 2031-ci ilin iyun ayına qədər nəzərdə tutulan müqavilə imzalanıb. Transferin rəsmi dəyəri açıqlanmasa da, insayderlərin məlumatına görə, 29 yaşlı futbolçunun keçidi "Mançester Yunayted"ə 42 milyon avroya başa gəlib. Qeyd edək ki, Tilemans 2023-cü ilin yayından "Aston Villa"nın formasını geyinirdi. O, ötən mövsüm klubun heyətində keçirdiyi 35 oyunda 2 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Mənbə
oxu.az