İdman

DÇ-2026-nın bağlanış mərasimində iştirak edəcək məşhurlar müəyyənləşdi - FOTO

14 Jul 2026, 20:52 2 baxış
DÇ-2026-nın bağlanış mərasimində iştirak edəcək məşhurlar müəyyənləşdi - FOTO
ABŞ-li aktyor Tom Kruz 2026-cı il futbol üzrə dünya çempionatının bağlanış mərasimində iştirak edəcək. Oxu.Az FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, mərasim iyulun 19-da, turnirin final matçından əvvəl Nyu-Cersidəki "Metlayf" stadionunda baş tutacaq. Şouda, həmçinin müğənnilər Laura Pauzini, Nikol Şerzinger, Robbi Uilyams və bloqer IShowSpeed çıxış edəcəklər. "Oskar", "Emmi", "Qremmi" və "Toni" mükafatları sahibi Cennifer Hadson isə ABŞ-nin dövlət himnini ifa edəcək. Xatırladaq ki, daha əvvəl final oyununun fasiləsində Şakira, Madonna, Castin Biber və "BTS" qrupunun çıxış edəcəyi bildirilmişdi.
DÇ-2026-nın bağlanış mərasimində iştirak edəcək məşhurlar müəyyənləşdi - FOTO DÇ-2026-nın bağlanış mərasimində iştirak edəcək məşhurlar müəyyənləşdi - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər