Cəmiyyət

Bakıda daha bir marşrut xəttinin avtobusları və hərəkət sxemi yenilənir

14 Jul 2026, 19:46 1 baxış
Bakıda daha bir marşrut xəttinin avtobusları və hərəkət sxemi yenilənir
39 nömrəli marşrutun hərəkət sxemi və avtobusları yenilənir. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Məhəmməd Xiyabani küçəsindən (Yasamal yaşayış massivi) metronun "İçərişəhər" stansiyası istiqamətindəki sərnişin axını nəzərə alınaraq, 39 nömrəli müntəzəm marşrutun hərəkət sxemi iyulun 15-dən etibarən dəyişdiriləcək. Yeni sxemə əsasən, avtobusların son dayanacaq məntəqəsi İstiqlaliyyət küçəsinə (Nizami bağı) təşkil olunacaq. Bundan əlavə, marşrut xətti üzrə avtobuslar tamamilə dəyişdirilərək, yalnız sıxılmış təbii qaz (CNG) texnologiyası ilə işləyən müasir nəqliyyat vasitələri istismara veriləcək. Qeyd edək ki, yeni marşrut üzrə gediş haqqı 0.60 AZN təşkil edəcək. Xatırladaq ki, paytaxtda sərnişindaşıma xidmətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə avtobuslar mütəmadi olaraq yenilənir.
Bakıda daha bir marşrut xəttinin avtobusları və hərəkət sxemi yenilənir
Mənbə oxu.az

Oxşar Xəbərlər