İdman

DÇ-2026-da unikal nailiyyət: Holand və Bellinqem tarixə düşdülər

14 Jul 2026, 19:54 1 baxış
DÇ-2026-da unikal nailiyyət: Holand və Bellinqem tarixə düşdülər
Norveç millisinin hücumçusu Erlinq Holand və İngiltərə yığmasının yarımmüdafiəçisi Cud Bellinqem 2026-cı il dünya çempionatında unikal nailiyyətə imza atıblar. Oxu.Az bu barədə Sport24.ru-ya istinadən xəbər verir. Hazırda turnirdə yalnız bu iki futbolçu üç fərqli üsulla - sağ ayaqla, sol ayaqla və başla qol vurmağı bacarıb. Qeyd edək ki, Holand turnir ərzində 7, Bellinqem isə 6 qol vurub. Xatırladaq ki, İngiltərə millisi dörddəbir finalda Norveçi 2:1 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər