Kriminal

Növbəti dəfə yasda kütləvi zəhərlənmə oldu

14 Jul 2026, 19:30 2 baxış
Növbəti dəfə yasda kütləvi zəhərlənmə oldu

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.


Axar.az-ın Report-a istinadən məlumatına görə, Abbas Səhət adına Gəncə Birləşmiş Yoluxucu Xəstəliklər şöbəsinə 6 nəfər yerləşdirilib.


Zəhərlənmə diaqnozu ilə tibb müəssisəsinə yerləşdirilən şəxslər Tapdıq Həsənli (1999), Leyla Hüseynova (1951), Ramil Məmmədov (1982) və Ülviyyə Hacıyevadır (1974).


Bundan başqa, daha iki azyaşlının zəhərləndiyi bildirilir. Azyaşlılar Gəncə Birləşmiş Uşaq Xəstəxanasına aparılıb.


İlkin məlumata görə, həmin şəxslər yas mərasimində qidadan zəhərləniblər. Faktla bağlı araşdırma başlanılıb.


Qeyd edək ki, 12 iyulda da Gəncədə yasda kütləvi zəhərlənmə baş vermişdi.

Mənbə axar.az

Oxşar Xəbərlər