İdman
"Yuventus" norveçli hücumçunu əsas transfer hədəfi seçib - FOTO
İtaliya nəhəngi "Yuventus" yay transfer pəncərəsində hücum xəttinə yeni nəfəs gətirmək istiqamətində axtarışlarını tam sürətlə davam etdirir. Oxu.Az-ın İtaliya mətbuatına istinadən verdiyi xəbərə görə, Turin təmsilçisi diqqətini İspaniyaya yönəldərək "Atletiko Madrid"in hücumçusu Aleksandr Sörlotu rəsmi transfer siyahısına daxil edib. Mövcud məlumatlara görə, klub bu transferi reallaşdırmaq üçün İspaniya təmsilçisi ilə artıq ilkin danışıqlara start verib. "Yuventus" norveçli futbolçunu komandanın aparıcı hücumçularından biri qismində öz heyətinə qatmaqda olduqca qərarlıdır.
Mənbə
oxu.az