İdman
"Barselona"nın titulları əlindən alına bilər: "Real Madrid"dən UEFA-ya SƏRT TƏLƏB
İspaniya futbolunda qalmaqal səngimir. Oxu.Az "As" nəşrinə istinadən xəbər verir ki, "Real Madrid" rəhbərliyi əzəli rəqibi "Barselona"nın Xose Mariya Enrikes Negreyranın vəzifədə olduğu dövrdə qazandığı bütün titullardan məhrum edilməsi üçün UEFA-ya rəsmi şəkildə müraciət edib. Belə ki, paytaxt klubu kataloniyalıların idmanda korrupsiyaya qarşı hansı nəzarət mexanizmlərinə malik olduğunu və bu tədbirlərin reallıqda tətbiq olunub-olunmadığını araşdırmaq niyyətindədir. Bu məqsədlə "Real Madrid" rəqibindən 2010-2018-ci illəri əhatə edən bütün sənədlərin təqdim olunmasını tələb edib. Xatırladaq ki, hələ 2023-cü ildə "Barselona" klubu və onun rəhbərliyi ağır rüşvətxorluq ittihamları ilə üz-üzə qalmışdı. Bu səs-küylü ittihamların mərkəzində isə İspaniya Kral Futbol Federasiyasının (RFEF) Hakimlərin Texniki Komitəsinin (CTA) sabiq vitse-prezidenti Xose Mariya Enrikes Negreyraya edilən şübhəli ödənişlər dayanırdı. Artıq məhkəmə instansiyası tərəfindən də "Barselona"nın 2001-2018-ci illər aralığında Negreyraya milyonlarla avro ödəməsi faktı birbaşa cinayət əməli kimi qiymətləndirilib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər