İdman
"Fənərbağça" məşhur hücumçunu sıralarına qatdı: 40 milyonluq sövdələşmə - FOTO
İngiltərəli hücumçu Meyson Qrinvud karyerasını Türkiyədə davam etdirəcək. Oxu.Az xəbər verir ki, bu keçid barədə tanınmış idman insayderi Fabritsio Romano məlumat yayıb. Bildirilib ki, "Fənərbağça" rəhbərliyi 24 yaşlı hücumçunun transferi istiqamətində "Marsel"lə aparılan danışıqları uğurla yekunlaşdıraraq tam razılığa gəlib. Əldə olunan razılaşmanın maliyyə detallarına əsasən, İstanbul təmsilçisi Fransa klubunun büdcəsinə 40 milyon avro sabit ödəniş edəcək. Bununla yanaşı, müqavilə şərtlərində daha 2 milyon avro dəyərində əlavə bonus paketi də öz əksini tapıb. Qeyd olunur ki, Qrinvud "Fənərbağça" ilə 2030-cu ilin iyun ayınadək nəzərdə tutulan uzunmüddətli sözləşməyə imza atacaq. İngilis futbolçunun İstanbul klubundakı illik qazancı isə təqribən 10 milyon avro təşkil edəcək.
Mənbə
oxu.az
Oxşar Xəbərlər