Cəmiyyət
Ağdərədə avtomobil aşdı: ər-arvad öldü
Ağdərə rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Axar.az APA-ya istinadla xəbər verir ki, qəza gecə saatlarında Həsənriz-Umudlu yolunda qeydə alınıb.
Avtomobilin aşması nəticəsində Kəlbəcər rayon sakinləri - N.Əsgərov və həyat yoldaşı K.Əsgərova həyatını itirib.
Avtomobildə olan digər Kəlbəcər sakini M.İsmayılova xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə
axar.az