Kriminal
Ağdərədə ər və arvad FACİƏLİ ŞƏKİLDƏ öldülər
Ağdərə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az Lent.az-a istinadla xəbər verir ki, qəza gecə saatlarında Həsənriz-Umudlu yolunda qeydə alınıb. Avtomobilin aşması nəticəsində Kəlbəcər rayon sakinləri - N.Əsgərov və həyat yoldaşı K.Əsgərova həyatını itirib. Avtomobildə olan digər Kəlbəcər sakini M.İsmayılova xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az