Cəmiyyət
Travmatologiya İnstitutunda informasiya sistemi çökdü: Növbə izdihamı - VİDEO
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda rentgen növbəsində izdiham yaşanıb. Oxu.Az xəbər verir ki, bu barədə Baku.ws-in "qaynar xətti"nə görüntülər daxil olub. Vətəndaşlar bildirirlər ki, nə vaxt xəstəxanaya rentgenə gəlsələr xeyli müddət növbədə gözləməli olurlar. Xəstəxana işçiləri buna səbəb kimi isə sistemin işləmədiyini, dayandığını əsas gətirirlər. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan Oxu.Az-a bildirilib ki, bu gün səhər saat 10:00-11:00 radələrində rentgen xidmətinin fəaliyyətini təmin edən informasiya sistemində müvəqqəti texniki nasazlıq yaranıb. "Bu səbəbdən rentgen müayinəsinə müraciət edən vətəndaşlar arasında müəyyən müddət növbə əmələ gəlib. Texniki problem operativ şəkildə aradan qaldırılıb və hazırda rentgen xidməti tam normal rejimdə fəaliyyət göstərir. Yaranmış müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik. Anlayış və səbir nümayiş etdirdiyiniz üçün sizə təşəkkür edirik". Sözügedən növbə izdihamından görüntüləri təqdim edirik:
Mənbə
oxu.az