İdman

"Beşiktaş"dan səs-küylü transfer: "Arsenal"ın ulduzu Türkiyə klubuna keçir

14 Jul 2026, 14:28 3 baxış
"Beşiktaş"dan səs-küylü transfer: "Arsenal"ın ulduzu Türkiyə klubuna keçir
Belçika yığmasının və "Arsenal"ın ulduz futbolçusu Leandro Trossard karyerasını "Beşiktaş"da davam etdirməyə yaxındır. Oxu.Az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə İstanbul klubunun prezidenti Serdal Adalı məlumat verib. "Keçən il Trossard üçün "Arsenal"a 25 milyon avro təklif etmişdim. Futbolçunun özünə isə 8 milyon avro maaş verirdim, amma alınmadı, onu buraxmadılar. İndi onu daha aşağı maaşla alırıq", - deyə klub prezidenti bildirib. Klub prezidenti "Liverpul"un misirli ulduzu Məhəmməd Salahla yaxından maraqlandıqları barədə yayılan məlumatların isə doğru olmağını vurğulayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər