İdman

Eskobarın taleyini yaşamaq qorxusu: Xaminton Kampas ölkəsinə dönməkdən imtina etdi

14 Jul 2026, 14:44 3 baxış
Eskobarın taleyini yaşamaq qorxusu: Xaminton Kampas ölkəsinə dönməkdən imtina etdi
Kolumbiya yığmasının yarımmüdafiəçisi Xaminton Kampas DÇ-2026-dan sonra ünvanına səsləndirilən ölüm təhdidlərinə görə vətəninə dönməkdən imtina edib. Oxu.Az xəbər verir ki, futbolçu dünya çempionatının 1/8 final mərhələsində İsveçrə ilə qarşılaşmanın 115-ci dəqiqəsində 100%-lik qol imkanını əldən verərək topu qapının üstündən vurmuşdu. Bunun ardınca Cənubi Amerika təmsilçisi penaltilər seriyasında 3:4 hesabı ilə məğlubiyyətə uğrayaraq turnirdəki mübarizəsini dayandırıb. Məlumata görə, özünə və ailə üzvlərinə qarşı yönələn ölüm hədələrini kifayət qədər ciddi qəbul edən idmançı məhz bu səbəbdən ölkəsinə qayıtmamaq barədə qəti qərar qəbul edib. Xatırladaq ki, bu hadisə idman ictimaiyyətinin yaddaşında acı bir tarixi canlandırıb. ABŞ-də təşkil olunan DÇ-1994-ün qrup mərhələsində ev sahibləri ilə matçda topu səhvən öz qapısına göndərən Kolumbiya millisinin üzvü Andres Eskobar vətəninə döndükdən sonra qətlə yetirilmişdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər