Cəmiyyət
Elm və Təhsil Nazirliyi doqquz milyon manatlıq tender elan etdi
Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi respublika üzrə təhsil müəssisələrində təmir və kommunal-kommunikasiya işlərinin satın alınması ilə bağlı açıq tender elan edib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, tenderin ehtimal olunan qiyməti 9 milyon 144 min 217 manat təşkil edir. Müvafiq sənədə əsasən, satınalma çərçivəsində ölkə üzrə təhsil müəssisələrində cari və əsaslı təmir, eləcə də kommunal-kommunikasiya sistemlərinin yenilənməsi işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Satınalma siyahısına ümumilikdə 9 092 adda iş və material daxildir. Bunların arasında radiatorların sökülməsi, su təchizatı borularının çəkilməsi, PPR kompozit boruların quraşdırılması, qoruyucu muftaların, müxtəlif tikinti materiallarının, elektrik, su, kanalizasiya, istilik və digər mühəndis-kommunikasiya sistemlərinə aid işlər yer alır.
Mənbə
oxu.az