Cəmiyyət

Bakının Ukrayna mövqeyi əlaqələrimizə kölgə salmır - Peskov

14 Jul 2026, 14:35 41 baxış
Bakının Ukrayna mövqeyi əlaqələrimizə kölgə salmır - Peskov

Rusiya və Azərbaycanın Ukraynadakı vəziyyətlə bağlı fərqli baxışları var, lakin Moskva praqmatik yanaşma sərgiləyir və bu cür qiymətləndirmələri ikitərəfli münasibətlərlə əlaqələndirməyi zəruri hesab etmir.


Axar.az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.


Sıx əlaqələrimiz olan xeyli ölkə var ki, bu mövqeyi bölüşürlər – hansı ki, biz qəti şəkildə razılaşmırıq. Bəli, bu, bizim fikir ayrılığımızın mövzusudur. Eyni zamanda, biz hesab edirik ki, bu məsələ ikitərəfli münasibətlərimizə kölgə salmaq üçün bir səbəb deyil; biz burada praqmatik yanaşma sərgiləyirik”, - o bildirib.


Kreml sözçüsü əlavə edib: “İnanırıq ki, münasibətlərimizi hər cür inkişaf etdirməliyik, xüsusən də Azərbaycan kimi bir ölkə ilə”.

Mənbə axar.az

Oxşar Xəbərlər